• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Haqq-Ədalət Partiyasında

  • 22 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Ədliyyə Nazirliyi Kollegiyasının 15 oktyabr 2021-ci il iclasında Əli İnsanovun sədrlik etdiyi Haqq-Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

HƏP-in təşkilat komitəsi 2019-cu il noyabrın 24-də yaradılıb, partiya 2020-ci il yanvarın 25-də təsis olunub.

Novator.az bildirir ki, 2021-ci il oktyabrın 22-nə olan məlumata görə, partiyanın 80 rayon və şəhərdə yerli təşkilatı var.

Zəlimxan Məmmədlinin sədrlik etdiyi Ali Məclis İdarə Heyəti üzvlərini, yerli təşkilatların və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının yaratdığı HƏP təşkilatlarının sədrlərini birləşdirir.

Partiya sədrinin birinci müavini postunu İsa Sadıqov, sədr müavini postlarını İsfəndiyar Vahabzadə, Zəminə Dünyamalıyeva, Qüdrət Quliyev, Emil Mehdiyev tuturlar.

İdarə Heyəti 15, Mərkəzi Nəzarət-Təftiş Komissiyası 3 nəfərdən ibarətdir.

Mərkəzi Aparata Elşən Bayramov, Qadınlar Şurasına Xalidə Məmmədova, Gənclər Təşkilatına Kamran Cəfərov rəhbərlik edir.

Əli İnsanov 1946-cı ildə doğulub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olub. 1993-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Tibb elmləri doktorudur.

2005-ci ilin oktyabr ayında tutulan Əli İnsanov iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2016-cı ilin avqustunda ona yeni cinayət işi qaldırılıb. İttihama görə, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.

2017-ci il aprelin 26-da Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.

2019-cu il martın 17-də sabiq nazir əfv sərəncamı əsasında azadlığa buraxılıb.

ADR-in sənədləri hazırlanır

  • 22 Oktyabr 2021
  • comments

Çində uyğurlara qarşı repressiyalar: yeni hesabat ...

  • 22 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda