• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi partiyaların sayı artdı

  • 21 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ədliyyə Nazirliyinin 21 oktyabr məlumatına görə, Azərbaycan Yüksəliş Partiyası və Haqq-Ədalət Partiyası dövlət qeydiyyatına alınıb. Qərarın Ədliyyə Nazirliyi Kollegiyasının 15 oktyabr iclasında qəbul edildiyi bəyan olunub.

Azərbaycan Yüksəliş Partiyası 2020-ci il iyulun 16-da yaradılıb. Partiyanın başqanı postunu Anar Əsədli tutur.

Haqq-Ədalət Partiyası (HƏP) 2020-ci il yanvarın 25-də təsis olunub. Quruma sabiq səhiyyə naziri Əli İnsanov sədrlik edir.

Novator.az bildirir ki, bununla dövlət qeydiyyatı olan partiyaların sayı 58-ə yüksəlib.

1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Yeni Azərbaycan Partiyası; 1993-cü ildə Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası (2020-ci ildən rəsmən Ağ Partiya kimi tanınıb), Demokratik Azərbaycan Dünyası Partiyası (2020-ci ildən Milli Həmrəylik Partiyası adlanır), Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Qorqud Partiyası; 1994-cü ildə Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası; 1995-ci ildə Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası; 1998-ci ildə Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Vəhdət Partiyası; 1999-cu ildə Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası; 2000-ci ildə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mübarizləri Partiyası; 2002-ci ildə Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası; 2005-ci ildə Böyük Quruluş Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş Birliyi Partiyası; 2007-ci ildə Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası; 2008-ci ildə Azərbaycan Milli Demokrat Partiyası; 2009-cu ildə Aydınlar Partiyası; 2011-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyası; 2020-ci ildə Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Gələcək Azərbaycan Partiyası qeydiyyata götürülüb.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.

Ekspert iqtisadi artım hesabatını əsassız sayır

  • 21 Oktyabr 2021
  • comments

Qrup raundu necə yarılandı?

  • 22 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda