UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tur start götürüb. Novator.az-ın məlumatına görə, C qrupunda yarışan Türkiyə təmsilçisi “Beşiktaş” oktyabrın 19-u evdə “Sportinq”ə (Portuqaliya) məğlub olub – 1:4.
“Ayaks”a (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) oyununda 4:0 hesabı qeydə alınıb.
Üç turdan sonra “Ayaks” 9, “Borussiya” 6, “Sportinq” 3 xal toplayıb, “Beşiktaş” xalsızdır.
Reqlamentə əsasən, 1/8 finala ilk iki pillənin sahibi çıxır, üçüncü yeri tutan Avropa Liqasına köçür.