2021-ci il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 725,6 manat göstərilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, orta maaş neft-qaz sektorunda 3192 manat, qeyri neft-qaz sektorunda 675,5 manat, dövlət müəssisələrində 642,5 manat, özəl müəssisələrdə 825,1 manat olub.
Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanıb:
mədən sənayesi – 3135,7 manat;
maliyyə və sığorta fəaliyyəti – 2028,2 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1182,8 manat;
informasiya və rabitə – 1163,2 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 972 manat;
nəqliyyat və anbar təsərrüfatı – 931,8 manat;
tikinti – 874,2 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 767,6 manat;
emal sənayesi – 681,2 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 674,9 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 577,6 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 551,2 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 535,3 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 534,2 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 530,7 manat;
təhsil – 526,3 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 442,1 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 429,3 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 721,2 manat.
Ölkədə minimum maaş 250 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin əvvəlinə muzdla çalışanların yarısı 343 manatdan çox, yarısı həmin məbləğdən az əməkhaqqı alıb.