Dövlət xadimi Eldar Həsənov oktyabrın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına qaytarılıb. Novator.az bildirir ki, Eldar Həsənov oktyabrın 15-də səhhəti ağırlaşdığı üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına aparılmışdı. Bu, 2021-ci ildə üçüncü köçürülmə idi. Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənov 2021-ci ilin iyul ayında Hərbi Hospitalda bağırsağından əməliyyat olunub, avqustda yenə orada müalicə alıb.
1955-ci il təvəllüdlü Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun iddiasına görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
İttihamı rədd edən, həbsini qanunsuz, əsassız, qərəzli və sifarişli sayan Eldar Həsənov bildirir ki, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti