2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36,6 milyard manatlıq, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox sənaye məhsulu istehsal edilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 19,6 faiz artıb.
Neft hasilatının 0,7 faiz azaldığı, qaz hasilatının 19,3 faiz artdığı vurğulanır.
Başqa bir rəsmi məlumata əsasən, yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560,2 milyon manat məbləğində, 2020-ci ilin eyni dövrünə nəzərən 8,7 faiz az vəsait yönəldilib, neft-qaz sektoruna investisiyaların həcmi 9,7 faiz, qeyri neft-qaz sektoruna qoyulan vəsaitin həcmi 8 faiz azalıb.