İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında qurumun xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat gəlib, ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 12 faiz artıb, vergilərin 74,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
Rəsmi məlumatda məcburi dövlət sosial sığorta haqları üzrə doqquz aylıq daxilolmalar 2 milyard 789,6 milyon manat göstərilir, bunun ötən ilin yanvar-sentyabr aylarına nəzərən 7,9 faiz çox olduğu bildirilir.
İşsizlikdən sığorta haqları üzrə daxilolmaların 9,2 faiz artımla 95,9 milyon manat olduğu vurğulanır.
Açıqlamaya görə, oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5 faiz artaraq 650086 olub.