• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Generala 11 il həbs cəzası təklif olundu

  • 13 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bakı Hərbi Məhkəməsində general-leytenant Rövşən Əkbərovun mühakiməsi başa çatmaq üzrədir. APA-nın məlumatına görə, oktyabrın 13-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Rövşən Əkbərovun xuliqanlıq niyyəti ilə adam öldürmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses oktyabrın 22-nə təyin olunub.

1965-ci il təvəllüdlü Rövşən Əkbərov Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunudur. SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Ordusunda xidmət edib. Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. 2021-ci il fevralın 8-də onun ehtiyata buraxıldığı xəbər verilib. Ehtiyata buraxılana qədər Rövşən Əkbərov Azərbaycan Ordusunun birlik komandiri idi.

14 dekabr 1993-cü il və 4 aprel 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 5 oktyabr 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı, 24 iyun 2003-cü ildə “Vətən uğrunda” medalı, 25 iyun 2011-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 25 iyun 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2021-ci il martın 15-də Rövşən Əkbərov həbs edilib.

Baş Prokurorluğun 17 mart məlumatında bildirilib ki, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə iş Azərbaycana göndərilib.

Rəsmi açıqlamada həmin cinayət işi üzrə bir sıra istintaq hərəkətləri həyata keçirildiyi, lakin iş üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən icraatın dayandırıldığı vurğulanıb: “2020-ci ildə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində kifayət qədər sübut toplanaraq həmin cinayət əməlini Əkbərov Rövşən Telman oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib”.

Məlumata görə, Əkbərov Rövşən Telman oğlu 1 iyun 2001-ci ilə keçən gecə Kiyev şəhərindəki “Sikora” kafesində yeyib-içdikdən sonra kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlunu aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürüb.

“Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz”

  • 13 Oktyabr 2021
  • comments

Əzəli rəqiblərin mövqeyi Rusiya məsələsində üst-üs...

  • 13 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda