2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda əvvəlki ilin eyni dövrünə nəzərən 8,9% inflyasiya gedib. Novator.az-ın məlumatına görə, Statistika Komitəsi ərzaq məhsulları üzrə 15,4% bahalaşma qeydə alındığını açıqlayıb.
Ayrı-ayrı məhsullar üzrə qiymət artımı belə göstərilir:
tərəvəz – 64,5%
şəkər – 31,1%
balıq və balıq məhsulları – 27,7%
yağ və piylər – 27,1%
süd məhsulları, yumurta – 10%
çörək və taxıl məhsulları – 9,3%
ət məhsulları – 9%.
Hesabata əsasən, doqquz ayda meyvənin qiymətində 3% azalma olub.