• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”

  • 11 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Məhbus dövlət xadimi Eldar Həsənovun qızı Səbinə Hüseynova prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, Səbinə Hüseynova oktyabrın 10-da özünün “Facebook” səhifəsində yaydığı müraciətdə bunları qeyd edib: “Bu gün atam Eldar Həsənovun doğum günüdür. Böyük təəssüf hissi ilə bildirirəm ki, bu, həbsxanada keçirdiyi ikinci ad günüdür. Atamı ürəkdən təbrik edirəm, ona uzun və sağlam həyat, xoşbəxtlik və azadlıq arzulayıram. Valideyni üçün doğum günündə Azadlıq arzulayan neçə övlad var dünyada? Bir ildən artıq müddətdə bizim yaşadıqlarımızın və ya yaşamadıqlarımızın səbəbi nədir? Nədir çəkdiklərimiz? Atamla bağlı nə baş verir? Niyə həbsdədir və nədə ittiham olunur? İnanın ki, atam da daxil, heç nə bilmirik. Bir insanın nədə günahlandırıldığını, nədə ittiham olunduğunu bilmək əslində nə qədər gözəl şeymiş. Biz böyük bir qeyri-müəyyənliyin ortasındayıq və ailəliklə sanki atamla bərabər həbs həyatı yaşayırıq. O içəridə, biz çöldə…

Ötən il oktyabrın 10-da sosial şəbəkədə paylaşdığım statusda belə yazmışdım: “Əziz Atam, sən varsan, mən də varam…” O, mənim, bacımın və qardaşımın yaşam səbəbimizdir. Səhhətindəki ağır problemləri bilirik, ciddi müayinə, müalicə və cərrahi əməliyyatlara ehtiyacı olduğunu bilirik. Onun ürək əməliyyatı təxirə salınmamalıdır, təcridxanada yaranan vertiqo xəstəliyi daim nəzarətdə olmalıdır. Beləcə hər anımız qorxu, səksəkə və stresslə keçir. Bəlkə də 20 il əvvəl, ömrünün cavan və sağlam çağında həbs olunsaydı, – hətta günahsız yerə, – bu qədər qorxmazdıq, narahat olmazdıq. Amma indi sağlıq durumunun müalicəsiz hansı nəticələrə gətirib çıxaracağını bilirik. Ev həbsində müalicəsini davam etdirməklə bağlı təkidli müraciətlərimiz, xahişlərimiz bununla bağlıydı.

Müraciətlərimizə heç bir cavab verilmir. Sanki biz xalq düşməninin övladlarıyıq. Başqalarına göstərilən humanist və həssas münasibət atamla bağlı sanki hər dəfə dalana dirənir. Təcridxanada dəfələrlə huşunu itirərək yıxılmasına görə vəkillər dəfələrlə müraciət və vəsatətlərlə çıxış ediblər. Məhkəmədə iki dəfə necə özündən gedib yıxılmasını, həkimlərin səyi ilə həyata qaytarılmasını artıq hamı bilir. Xarici ölkələrdə atamı tanıyan insanlar baş verənləri hər dəfə məndən soruşurlar, atamla niyə belə rəftar olunduğunun səbəblərini soruşurlar. Nə cavab verəcəyimi bilmirəm. O adamlar Eldar Həsənovun Azərbaycan dövləti, ümummilli lider Heydər Əliyev, müzəffər prezident İlham Əliyev üçün hər fədakarlığa hazır olduğunu mənə faktlarla, dəlillərlə danışanda heyrətlənirəm. Rumıniyada ermənilərin Heydər Əliyevin heykəli ilə bağlı xoşagəlməz planlar hazırladığı xəbərini alan atam o ölkədəki bütün səfirliyi ayağa qaldırmışdı. Heydər Əliyevin abidəsini gecə-gündüz qorumaq üçün mühafizəçilər ayrılmışdı və park, abidə qorunurdu. Atam üçün heykəlin təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi demək idi! Problem aradan qaldırılana kimi atam gecələr də yatmırdı ki, səfir olduğu ölkədə Azərbaycan adına, dövləti dəyərlərimiz adına kölgə sala biləcək heç nə baş verməsin. Böyük Heydər Əliyevin adı yazılan, büstü qoyulan daşı da qorudu, keşiyini çəkdi atam bir Balkan ölkəsində. Çünki Heydər Əliyev onun üçün bir Dəyərdir. Atam Dəyərlərə sadiq insandır! Bir diplomat və məmur olaraq görəvlərindən əlavə böyük Heydər Əliyevə mənəvi borcu olduğunu həmişə deyib, bu gün də deyir. Prezident İlham Əliyevi həmişə bir Lider və Qardaş sayıb özünə. Səfir olduğu Balkan ölkələrində Azərbaycan dövlətinin və mədəniyyətinin əzəmətini göstərmək, sevdirmək üçün nə mümkündürsə edib. Hətta mümkün olmayanı da edib. Erməni barbarlarının Şuşada dağıtdığı Üzeyir Hacıbəyov abidəsini məhz Avropa ölkəsində ucaltmaqla erməni faşizminin önünə mədəniyyətimizi çıxarıb. Çünki mənim atam bütün varlığı ilə bir azərbaycançı və əliyevçidir. Və indi onu həbsxanaya məhkum ediblər.

Problem nədir atamla bağlı? Cənab Prezidentə hansı yalanlar təqdim olunub və olunur? Məhkəmədəki absurd prosesi nə ilə izah edirsiniz? Məhkəməyə çağırılan şahidlər dövlət ittihamçılarının arqumentlərini darmadağın edirlər. Sadə həqiqətləri dilə gətirməklə! Gülünc korrupsiya böhtanları ilə hara qədər davam edəcəksiniz? Hər məhkəmə son məhkəmə olmalıdır məntiqlə. Çünki ədalət tələb edir ki, hakim prosesi dayandırsın və atama bəraət versin. Atamı həbsdə saxlamağa heç bir səbəb yoxdur. Bizim haqq və ədalətə ehtiyacımız var və atamın doğum günündə ölkəmin Prezidentinə, Qarabağ Qələbəsinin Fatehinə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha müraciət edirəm. O əminliklə ki, atamın həmişə mərd və ləyaqətli, mənəvi dəyərlərə çox böyük önəm verən insan, dost, qardaş kimi bizə təqdim etdiyi cənab İlham Əliyev mənim – bir azərbaycanlı qadının, alimin çağırışına, harayına laqeyd qalmaz: Cənab Prezident, mənim atam Eldar Həsənov günahsızdır. Lütfən, onun məhkəməsini nəzarətə götürün və ədalətli qərar verilməsinə kömək edin. Anlaşılmazlıqlar, böhtanlar araşdırılmalı, aradan qaldırılmalıdır. Şərlə, böhtanla, yalanlarla Sizə son dərəcə sədaqətli olan bir insanın məhv edilməsinə imkan verməyin. Lütfən, imkan verməyin…”

1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. O bildirir ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.

Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Həbsin bir ili

Eldar Həsənovun işi məhkəməyə getdi

Eldar Həsənovun ittiham olunduğu maddələr

Eldar Həsənovun açıqlaması

Eldar Həsənovun məhkəməsi təyin olunub

Eldar Həsənovun vəkili yeni açıqlama yayıb

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi

Eldar Həsənovun məhkəməsində

Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır

Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər

Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”

Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb

Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”

Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi

“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”

Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi

Avropa Məhkəməsindən Eldar Həsənov sualları

Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti

Çexiya seçkisində mandat bölgüsü

  • 11 Oktyabr 2021
  • comments

20 ildə Rusiyadan 5 milyonadək adam mühacirət edib

  • 11 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda