• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya muzdluları məsciddə qırğın törədiblər – “The Times”

  • 07 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Böyük Britaniyanın “The Times” qəzetində “Rusiyanın “Vaqner” qrupu Mərkəzi Afrika Respublikasında vəhşiliklər törədib” başlıqlı yazı dərc olunub. Yazıda Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi sayılan, muzdlulardan ibarət “Vaqner” qrupunun cinayətlərindən söz açılır. Novator.az saytı yazını ingilscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Mərkəzi Afrika Respublikasındakı hakim rejim etiraf edib ki, hökumətin üsyançılarla mübarizə apardığı bir dövrdə yüzlərlə rusiyalı muzdlu ölkədə vəhşiliklər törədib.

Bu, Afrika üzərində sovet dövründəki təsirini qaytarmaq istəyən Kremlin muzdlu həbrçilər vasitəsilə törətdiyi vəhşiliklərin etiraf olunduğu nadir hesabatlardandır.

“Vaqner” döyüşçülərinin mülki əhali arasında qətllərə, qrup şəklində zorlamalara və işgəncələrə görə məsuliyyət daşıdığı vaxtilə BMT-nin bir məruzəsində də əksini tapmışdı.

Hazırda yüzlərlə Rusiya hərbçisi Mərkəzi Afrika Respublikasında mühasirəyə alınmış prezident Fosten-Arkanj Tuaderanın başçılıq etdiyi rejimi dəstəkləyir, ötən ilin sonunda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinin ləğv olunmasını tələb edən üsyançılara qarşı əməliyyatlar aparır. Üsyançılar seçkinin həqiqi qalibi olduqlarını iddia edirlər.

Moskvanın Tuadera hökumətini dəstəkləməsi Rusiyanın Mərkəzi Afrika Respublikasının zəngin təbii sərvətlərinə girişinin təmin olunmasını nəzərdə tutan anlaşmanın bir hissəsi hesab edilir.

Ölkədə çox amansız döyüşlər gedib və hakimiyyət xüsusilə paytaxt Bangidə və paytaxt ətrafında gedən əməliyyatlarda rusların vəhşiliklərinə, o cümlədən onların uşaqları qətlə yetirməsinə dair sübutların çoxaldığını görərək istintaqa razılıq verib.

İndi hökumətin istintaq materiallarına əsaslanan hesabatında bildirilir ki, Rusiya muzdluları Bangidən 240 mil şimal-şərqdə yerləşən Bambari şəhərində “Ət-Təqva” məscidinə soxularaq heç nəyə baxmadan sağa-sola atəş açıblar. Şəhərə nəzarət uğrunda gedən döyüşlər zamanı üsyançılar geri çəkilibmişlər və mülki adamlarla birgə məscidə sığınıbmışlar.

Mərkəzi Afrika Respublikası hökumətinin hesabatında ümumilikdə 103 insidentdən söz açılır. Bu insidentlərə görə rusiyalı “təlimatçıların” (onları rəsmən belə adlandırırlar), habelə ölkənin öz qoşunlarının və üsyançıların günahkar olduğu vurğulanır. İnsidentlər məhkəməsiz edamlardan, özbaşına həbslərdən və işgəncələrdən ibarətdir.

Hesabatda konkret detallar açıqlanmadan, dəlillər göstərilmədən bildirilir: “Sübuta yetirilmiş insidentlərin bəzisini rusiyalı təlimatçılar törədib”.

Daha sonra hesabatda deyilir ki, qəddar rəftarda təqsirli bilinən əcnəbi muzdluların bir qismi öz vətəninə yola salınıb və onlara qarşı məhkəmə iddiaları qaldırılmasını əsaslandıran sübutlar gələcəkdə Moskvaya təqdim olunacaq.

Rusiyanın Xarici İşlər Nazirliyi Cənubi Afrika müstəntiqlərinin ittihamlarına cavab verməyib. Xatırladaq ki, bu nazirlik BMT-nin məruzəsində deyilənləri inkar etmişdı.

Mərkəzi Afrika Respublikasının 4,7 milyon nəfər əhalisi və zəngin qızıl, almaz yataqları var. Rusiya və Fransa müstəmləkəçiləri bura yiyələnmək uğrunda uzun müddət mübarizə aparıblar. 2013-cü ildə prezident Fransuaza Bozizenin devrilməsi ölkəni xaosa sürükləyəndən bəri Rusiya bu mübarizədə üstünlük qazanıb.

Məlumatlara görə, “Vaqner” qrupuna Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan milyarder Yevgeni Priqojin nəzarət edir. Rusiyanın “Vaqner” vasitəsilə Afrikanın bir sıra həssas dövlətlərinə hərbi dəstək verdiyi bildirilir.

Mənbə: Thetimes.co.uk

7 oktyabr qiyməti

  • 07 Oktyabr 2021
  • comments

Ukrayna parlamenti spikeri aşırdı

  • 07 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda