• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İranın davranışı, İranla davranış

  • 07 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycan-İran münasibətlərindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın İranla ticarət dövriyyəsi 256 milyon dollar olub: “Səkkiz ayda Azərbaycan İrana 19,2 milyon dollarlıq mal ixrac edib, bu da ümumi ixracın 0,15%-nə bərabərdir. İrandan Azərbaycana 236,8 milyon dollarlıq mal gəlib, bu da Azərbaycanın ümumi idxalının 3,22%-i deməkdir. Göründüyü kimi, İran bizə daha çox məhsul satır, həm də Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək başqa ölkələrə, əsasən Rusiyaya ixracla pul qazanır və məntiqlə Azərbaycanla münasibətlərin yaxşı olmasında maraqlı olmalıdır.

İranın Ermənistanla ticarət əlaqələrinə də nəzər salaq. Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsi 297,8 milyon dollar təşkil edib, ticarət əlaqələri 2020-ci ilin eyni dövrünə nəzərən 15% artıb. Deməli, 2020-ci ildə hərbi qələbəmizlə başa çatan müharibədən sonra İran Ermənistanla daha sıx iqtisadi əlaqələr qurmağa başlayıb. Səkkiz ayda Ermənistanın İrana ixracı cəmi 40,7 milyon dollar olub, İranın Ermənistana ixracı isə 257,1 milyon dollar təşkil edib. İran Rusiya və Çindən sonra Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Cənub qonşumuzun Azərbaycan və Ermənistanla ticarət dövriyyəsi təqribən eynidir, deməli, İran ticarətə görə tərəf tutmur, onun davranışında geosiyasi amillər və siyasi məsələlər daha çox rol oynayır.

Azərbaycan cəmiyyətinin İrana münasibəti birmənalı deyil, bu da anlaşılandır. Ölkənin müstəqillik qazandığı 1991-ci ildən bəri İranın davranışları, yumşaq desək, suallar doğurur.

Amma İran bizim qonşumuz, tarixi, mədəni əlaqələrimiz olan ölkədir, İranla gərginliyin artması indiki dövrdə bizim dövlət maraqlarımıza uyğun deyil. Hərbi qələbə qazanmış, torpaqlarının böyük bir hissəsini düşməndən azad etmiş, İran və Ermənistanla yüz kilometrlərlə sərhəd xəttinə qovuşan ölkənin əsas məqsədi möhkəmlənmək, sərhədlərini qalaya çevirmək, hərbi qələbəni diplomatik uğura aparmaqdır. Buna görə də gərginliyin azadılması yolları tapılmalıdır. Amma bu o anlama gəlmir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin İrana sualları yoxdur – var, səslənməlidir də, sadəcə bu, gərginliyin artırılması yolu ilə deyil, diplomatik kanallarla, danışıqlarla edilməlidir”.

Arif Hacılı: “Tarixi dəyişdirmək mümkün deyil”

  • 07 Oktyabr 2021
  • comments

7 oktyabr qiyməti

  • 07 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda