• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən təzminat qərarları

  • 07 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 7-də Azərbaycanla bağlı iki qərar elan edib.

Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla xəbər verir ki, qərarların biri fəallar Ülvi Həsənov və Məcid Məcidlinin şikayəti əsasında çıxarılıb. Müxalif yönlü bu fəallar 2013-cü ildə Bakı metrosunun “İçərişəhər” stansiyasında vərəqə yayarkən tutulublar, onlara 15 sutka inzibati həbs cəzası kəsilib. Ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə verilən ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilə olduğunu iddia ediblər. Avropa Məhkəməsi iddianı əsaslı sayıb, Azərbaycan dövlətinin onların hər birinə 5850 avro təzminat ödəməsinə qərar verib.

İkinci qərar Bosniya və Herseqovinanın 33 vətəndaşının şikayətinə əsaslanıb. Onlar bildiriblər ki, Azərbaycanda saatı 5-7 dollar ödəniş, şəraitli mənzil şərtləri ilə inşaat işlərində çalışmaq razılığına gəliblər, ancaq 3-4 dollar ödəniş, acınacaqlı şəraitdə saxlanmaq zorunda qalıblar. Ərizəçilər Avropa Məhkəməsinə köləliyin, məcburi əməyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusu iddiası ilə üz tutublar. Məhkəmə iddianı qismən qəbul edib, Azərbaycan dövlətinin 33 ərizəçinin hər birinə 5 min avro təzminat ödəməsi qərarı çıxarıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Rusiyanın ekstremist dediyinə Almaniyada söz azadl...

  • 07 Oktyabr 2021
  • comments

Zoopark yenilənib

  • 07 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda