• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saakaşvili qayıdış xəbəri yaydı

  • 01 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Oktyabrın 1-i səhər özünün “Facebook” səhifəsində məlumat yayan Gürcüstanın sabiq prezidenti, müxalif Vahid Milli Hərəkat Partiyasının qurucusu Mixail Saakaşvili ölkəsinə qayıtdığını bəyan edib.

1967-ci il təvəllüdlü Mixail Saakaşvili Gürcüstan prezidenti postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında həbs hökmləri var.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub.

2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi başqa ölkənin vətəndaşlığı göstərilib.

2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib.

2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.

2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub.

Oktyabrın 2-si Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Ölkənin 64 şəhər və rayonunda merlərin, yerli məclislərin ümumilikdə 2044 üzvünün müəyyənləşməsi gözlənir.

Novator.az- ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası səsvermə hüququ olan 3 milyon 497 min 345 nəfəri qeydə aldığını açıqlayıb.

Yerli məclislərə seçkilərə 43 partiya qoşulub.

Gürcüstan parlament respublikasıdır. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edərək hökumət qurub.

Ərdoğan-Putin görüşünün nəticələri – Britaniya say...

  • 01 Oktyabr 2021
  • comments

Azərbaycan nefti 9 ayda nə qədər bahalaşıb?

  • 01 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda