2021-ci il avqustun 1-nə Azərbaycan paytaxtında işçilərin orta aylıq nominal əməkhaqqı 948 manat olub. Novator.az bildirir ki, Bakı Şəhər Statistika İdarəsi belə hesabat yayıb.
Rəsmi məlumata görə, yanvar-avqust aylarında paytaxt sənayesində 26 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 3,4 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 13,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 6 faiz artıb.