• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Associated Press” İran-Azərbaycan sərhədindəki gərginlikdən yazır

  • 01 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın “Associated Press” agentliyinin internet səhifəsində İran-Azərbaycan sərhədindəki gərginliklə bağlı yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.

Sentyabrın 30-da İran ordusu Azərbaycanla bir müddətdir davam edən gərginlik fonunda öz narahat qonşularını xəbərdar etdi ki, şimal-qərb sərhədi yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirəcək.

İranın Quru Qoşunlarının komandanı general Kiyumərs Heydərinin bildirdiyinə görə, təlimlər silahları sınaqdan keçirməyə, qoşunların döyüş hazırlığını dəyərləndirməyə və ölkənin hərbi imkanlarını nümayiş etdirməyə imkan yaradacaq. Təlimlərə dronlar, döyüş helikopterləri, tank və artilleriyanın cəlb olunması qərara alınıb.

İranın İRNA dövlət agentliyinin məlumatında təlimlərin hansı əyalətdə keçiriləcəyi dəqiq göstərilməyib. Ancaq oktyabrın 1-dən başlanan təlimlər, heç şübhəsiz, Azərbaycanı – İranla sərhəddə yerləşən bu Xəzəryanı keçmiş sovet ölkəsini narahat etməyə bilməz.

Bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində İranın planlaşdırdığı təlimlərin təəccüb doğurduğunu vurğulayıb.

“Hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur. Ancaq nə üçün məhz indi və nə üçün məhz bizim sərhədimizdə?” deyən prezident Əliyev əlavə edib ki, Sovet İttifaqı dağılandan bəri İran heç vaxt Azərbaycan sərhədi yaxınlığında güc nümayiş etdirmək fikrinə düşməyib.

Tehran uzun müddətdir Qərblə və İran İslam Respublikasının əsas düşməni sayılan İsraillə əlaqələrinə görə Azərbaycana şübhə ilə yanaşır.

Son aylarda Azərbaycanla İsrail öz hərbi ittifaqını möhkəmləndirib: ötən il Dağlıq Qarabağ bölgəsinə görə Azərbaycanla Ermənistan arasındakı münaqişənin Bakının xeyrinə həllində İsrailin yüksək texnologiyalı pilotsuz uçuş aparatlarının rolu olub.

Bu həftənin əvvəli İranın Xarici İşlər Nazirliyi planlaşdırlan hərbi təlimlərin Azərbaycanla İsrail arasındakı əlaqələrə birbaşa aidiyyəti olduğuna açıq işarə vurub.

İranın yarı rəsmi İSNA agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə təlimlərlə bağlı deyib: “Aydın məsələdir ki, İran İslam Respublikası sərhədləri yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün zəruri olan bütün addımları atacaq”.

Azərbaycanla münasibətlərdə gərginlik İranın Ermənistana yanacaq və digər malların daşınması üçün istifadə etdiyi həyati əhəmiyyətli sərhəd keçidində də vəziyyəti çətinləşdirib. Azərbaycan hakimiyyəti son həftələrdə sərhəd buraxılış məntəqisini keçməyə cəhd edən iki yük maşınının iranlı sürücüsünü saxlayıb və bu, İranın narazılığına səbəb olub.

Təlimlər İranın bölgədə nüvə proqramını gücləndirməkdə olduğu bir vaxtda keçirilir. Bu nüvə proqramı ilə bağlı Tehranla dünya gücləri arasında əldə olunan, amma 2015-ci ildə pozulan razılaşmanı bərpa etmək üçün Vyanada aparılan danışıqlar isə iyun ayında dalana dirənib və qeyri-müəyyən müddətə dayandırılıb.

Mənbə: Apnews.com

Satınalmalar qaranlığı

  • 01 Oktyabr 2021
  • comments

Valyuta ehtiyatı

  • 01 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda