Novator.az xarici valyutaların məzənnələrinin 2021-ci ilin yanvar-sentyabr aylarında necə dəyişməsinə nəzər salıb.
Avro ilə 2,0854 manatla başlayıb. Ən yüksək rəsmi kurs yanvarda 2,0958, fevralda 2,0697, martda 2,0547, apreldə 2,0618, mayda 2,0844, iyunda 2,0785, iyulda 2,0193, avqustda 2,0195, sentyabrda 2,0199 manat olub.
Gürcüstan larisi 0,5144 manatla start götürüb, yanvarda 0,5170, fevralda 0,5176, martda 0,5135, apreldə 0,4990, mayda 0,5205, iyunda 0,5463, iyulda 0,5519, avqustda 0,5502, sentyabrda 0,5470 manatı ötməyib.
Rusiya rublu yola 0,0229 manatla çıxıb. Maksimal məzənnə yanvar, fevral və mayda 0,0232, mart, iyul və avqustda 0,0233, apreldə 0,0229, iyunda 0,0237, sentyabrda 0,0235 manat səviyyəsində rəsmiləşib.
Türkiyə lirəsinin ilkin qiyməti 0,2291 manat olub. Yuxarı hədd yanvarda 0,2327, fevralda 0,2442, martda 0,2330, apreldə 0,2117, mayda 0,2063, iyunda 0,2027, iyulda 0,2007, avqustda 0,2035, sentyabrda 0,2052 manat göstərilib.
ABŞ dollarının rəsmi qiyməti 2018-ci il martın 7-dən 1,7 manatdır.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 740 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 644,9 milyon dollar, fevralda 437,3 milyon dollar, martda 397,7 milyon dollar, apreldə 509,9 milyon dollar, mayda 312,7 milyon dollar, iyunda 463,6 milyon dollar, iyulda 461,6 milyon dollar, avqustda 512,3 milyon dollar alınıb.
Manatı qorumaq üçün Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.