Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev sərəncamı sentyabrın 30-da imzalayıb.
“Azərbaycan” nəşriyyatı Prezidentin İşlər İdarəsinin tabeliyindədir. Ölkənin qəzet və jurnallarının böyük qismi bu nəşriyyatın mətbəəsində çap olunur, bir çox nəşrrin redaksiyası onun binasında yerləşir.
Ağabəy Əsgərov nəşriyyata 2005-ci il aprelin 19-dan baş direktorluq edirdi.