UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tur start götürüb. Novator.az-ın məlumatına görə, C qrupunda yarışan Türkiyə təmsilçisi “Beşiktaş” sentyabrın 28-i səfərdə “Ayaks”a (Niderland) 2 cavabsız topla yenilib.
“Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya) oyununda 1:0 hesabı qeydə alınıb.
İki turdan sonra “Ayaks”la “Borussiya” 6 xal toplayıb, “Beşiktaş”la “Sportinq” xalsızdır.
Reqlamentə əsasən, 1/8 finala ilk iki pillənin sahibi çıxır, üçüncü yeri tutan Avropa Liqasına köçür.