• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bank və kredit təşkilatları üçün yeni qayda

  • 24 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nazirlər Kabineti xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını təsdiqləyib. Qayda banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarının xüsusi ehtiyat fondları yaratmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılmasını tənzimləyir.

Bank olmayan kredit təşkilatlarının qarşılıqlı surətdə asılı olan şəxslərə verdiyi kreditlər üzrə yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda həmin üzvlərə verilmiş kreditlər üzrə yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində müəyyən edilir. Kredit ittifaqlarının digər hallarda verdiyi kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılmalıdır.

Banklara gəlincə, bu hallarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir:

– nəzarət altında olan təminatsız aktivlər, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100 faizi;

– banka aidiyyəti olan şəxslərə verilən kreditlər üzrə gəlirdən çıxılmalara yol verilən məbləğin 50 faizi;

– verilmiş kreditlər üzrə faizlərin ödənməsi 90 gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100 faizi.

Qayda məsələsi

  • 24 Sentyabr 2021
  • comments

Şəhidinə layiq…

  • 24 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda