Novator.az Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş qurumların siyahısını təqdim edir:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan İnvestisiya Holdinqi prezidentin 7 avqust 2020-ci il fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.
Qurumun Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir. Mətin Eynullayev İdarə Heyətinin sədri, Ruslan Əlixanov baş icraçı direktordur.