Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
- 23 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Ötən il avqustun 13-dən həbsdə olan, Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham edilən, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedən dövlət xadimi, sabiq baş prokuror, sabiq səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Müraciətin mətnini təqdim edirik:
Çox hörmətli Birinci vitse-prezident!
Hazırda sabiq səfir, atam Eldar Həsənovun məhkəməsi gedir və həftədə iki dəfə onun səhhətinin hansı vəziyyətdə olduğunu təkcə mən deyil, artıq prosesdə iştirak edənlərin hər biri, məhkəməyə çağırılan tibb işçiləri və ictimaiyyət də görür.
Bir müddət əvvəl atamın səhhəti ilə bağlı müraciətlərimdə qeyd etdiklərim indi hər kəsin gözü önündədir. Atam artıq neçənci dəfədir ki, məhkəmə prosesində hamının gözü qarşısında huşunu itirib yerə yıxılır, onun üçün təcili yardım çağırılır və süni tənəffüs aparatına qoşulur. Onu yalnız bir neçə saatdan sonra həkimlərin səyi ilə özünə gətirir, ancaq yenə də təcridxanaya aparır, 3 gündən sonra yenidən məhkəmə önünə çıxarır, yenə də huşu özündən gedənə qədər ifadə verməyə məcbur edirlər və eyni proses təkrarlanır.
Hər zaman qürur yerimiz olan, mətin, iradəli atamı bu vəziyyətdə görməkdən, dəfələrlə huşunun gedib yıxılmağına dözməkdən dəhşətli heç nə təsəvvür etmirəm.
Çox hörmətli Mehriban xanım!
Mən uşaqlıqdan atamı mərd, ləyaqətli, ölümdən belə qorxmayan, vətənpərvər və fədakar insan kimi tanıyıram. Əminliklə deyirəm ki, onun heç bir günahı yoxdur. O, nə Azərbaycanın, nə Prezident İlham Əliyevin əleyhinə heç nə etməyib. Əminəm ki, ortada bir yanlış anlaşılma var. Atamla bağlı yalan, saxta, qondarma ittihamlar təşkil olunub, bunlar həqiqət ola bilməz. Ona görə də atam həbs olunduğu ilk gündən ittihamları qəbul etmir, özünü təqsirsiz saydığını bəyan edir. Mən əminəm ki, onun zərrə qədər günahı, səhvi olsaydı, bunu kişi kimi etiraf edər, Prezident İlham Əliyevdən və Azərbaycan xalqından üzr istəyərdi.
O, bütün şüurlu həyatını Azərbaycan dövlətinin inkişafına, öncə baş prokuror, sonra səfir olduğu 4 ölkədə milli və dövləti maraqlarımızı qorumağa, ölkəmizi tanıtmağa, Azərbaycana dostlar qazandırmağa həsr edib. Səfir olduğu 4 ölkədən 2-si Xocalı soyqırımını tanıyıb, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin xarici siyasətindən irəli gələn vəzifələri bir diplomat kimi uğurla həyata keçirib. Səfir olduğu ölkələrdən 2-də ulu öndər Heydər Əliyevə abidə ucaldıb. Buxarest şəhərində 3 xarici dövlət adamının heykəli var: Şarl de Qoll, Mustafa Kamal Atatürk və böyük Heydər Əliyevin! Və bütün bunları sonsuz sevgi və sayğı ilə edib.
İndi mənə çox ağır və dözülməzdir ki, bu cür fədakarca xidmətləri olan, səhhəti ilə bağlı ağır durumda olan 66 yaşlı atam ədalətsizliklə üzləşib və köməksiz vəziyyətdədir. Halbuki o, həmişə Prezident İlham Əliyevi özünə lider və qardaş sayıb. Ona son dərəcə bağlı və sadaqətli olub. İndi onun məktublarının, müraciətlərinin belə İlham Əliyevə çatdırılmasına mane olurlar, hər vəchlə qarşısını alırlar. Mənim şübhəm yoxdur ki, Prezident həmin müraciətlərlə tanış olsa, oxusa, atamın günahsızlığına, Ona və Dövlətimizə sadiqliyinə özü də əmin olar.
Çox hörmətli Mehriban xanım!
Ağır ittihamlarla istintaqa cəlb edilən Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri bir müddətdən sonra ev dustaqlığına çıxdı, ancaq eyni ittihamlarla suçlanan atam çox ağır xəstə olmasına baxmayaraq onun ev dustaqlığına çıxmasına və normal müalicə almasına imkan verilmir. DTX Hərbi Hospitalında atamın müalicəsi yarımçıq dayandırılaraq yenidən təcridxanaya qaytarılır. Sanki gözəgörünməz bir qüvvə atamın təcridxana və ya məhkəmə zalında bu gərginliyə dözməyib, dünyasını dəyişməsi üçün çalışır.
Bu vaxta qədər atama qarşı irəli sürülən bir ittiham belə sübut olunmayıb, bircə şahid yoxdur desin ki, Eldar Həsənov kimdənsə rüşvət alıb və ya korrupsiya ilə məşğul olub; heç bir sənədləşmədə, maliyyə əməliyyatlarında onun imzası yoxdur, çünki o işləri səfirlik aparmayıb və bunu məhkəmə prosesində də dəfələrlə deyib, məhkəmədən bununla bağlı bircə faktın təqdim edilməsini istəyib, ancaq ittiham tərəfi sübut verə bilməyib.
Mən istisna etmirəm ki, atam hansısa səhvə, yanlışlığa yol versin. Hər kəs səhv edə bilər. Ancaq insanın bilmədən etdiyi hansısa bir yanlışın cəzası belə ağır ola bilərmi?
İnsan yalnız xəyanətin, nankorluğun, satqınlığın cəzasını canı ilə ödəyə bilər. Mənim atam isə liderinə bütün düşüncəsi, əməli və canı ilə bağlı olan şəxsdir. Atam hər zaman bizi də belə yetişdirib – sədaqətli, güvənilən biri olmaq atamdan bizə keçən tərbiyədir.
Bəs atama – diplomat, hüquq elmləri doktoru, professor, yüzlərlə məqalənin, 28 kitabın müəllifinə, BDU da daxil olmaqla dünyanın bir çox aparıcı unuversitetlərinin hüquq fakültəsinin tələbələrinin dərs keçdiyi kitabların müəllifinə, dövlətə, Vətənə və liderinə hər zaman sədaqətli olan dövlət xadiminə bu münasibətin səbəbi nədir?
Əziz Mehriban xanım!
Mən Sizi humanist, ədalətli, vətənpərvər, alicənab, Azərbaycan qadınına xas bütün müsbət keyfiyyətləri özündə daşıyan və hər kəsin təqdirini qazanan böyük bir dövlət adamı, mərhəmətli, xeyirxah xanım, ana və ömür-gün yoldaşı kimi tanıyıram. Siz örnək övlad, gözəl ana, Prezidentimizə arxa-dayaq, silahdaş, nəcib həyat yoldaşısınız. Təkcə Azərbaycanda yaşayan vətəndaşlar deyil, dünyadakı 50 milyondan artıq azərbaycanlı Sizinlə və Prezident İlham Əliyevlə qürur duyur. Çünki cənab İlham Əliyev son 250 illik tariximizdə görünməmiş bir qələbəyə imza atdı və Qarabağımız düşmən tapdağından azad olundu.
Əziz Mehriban xanım!
Mənim üçün çox ağrılıdır ki, atam doğulub boya-başa çatdığı yurd yeri Kəlbəcərin işğaldan azad olunması xəbərini məhbəsdə qarşıladı. Halbuki o, bu xəbəri düz 28 il necə səbirsizliklə gözləyib, yaxşı bilirəm. Və indi Kəlbəcər azadlıqda, atam həbsxanadadır. O, Kəlbəcəri görməyə bilər, ölüm ayağındadır. Hər an həyatını itirə bilər. Həbs olunana qədər 7 dəfə əməliyyat olunan, ağır xəstəliklərdən əziyyət çəkən, təcili ürək əməliyyatı diaqnozu qoyulan, paroksizmal vertiqo kimi ağır xəstəliyə tutulan atamı xilas etmək üçün bir daha Sizə üz tuturam. Atamı həyata qaytarmağınızı, bu ağır, həqiqətlə əlaqəsi olmayan, ədalətsiz ittihamlar altında ölməsinə izn verməməyinizi dönə-dənə xahiş edirəm!
Sizə dərin hörmət, ehtiram və sevgiylə, Səbinə Hüseynova
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi