• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya seçkisində separat səslər

  • 20 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Ukraynanın Donbas bölgəsinin separatçılar nəzarət edən hissəsində yaşayan yüzlərlə adama Rusiya pasportu verilib və onlar avtobuslarla Rusiya ərazisinə aparılaraq Dövlət Dumasına seçkiyə cəlb olunub.

Novator.az bildirir ki, məlumatı Rusiyanın bir sıra müstəqil xəbər saytları yayıb.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına seçki 2021-ci il sentyabr ayının 17-19-da keçirilib.

Rusiyanın müstəqil xəbər saytlarının yaydığı məlumata görə, sentyabrın 17-də 400-ə yaxın Ukrayna vətəndaşı Donbas bölgəsindən avtobuslarla Rusiya ərazisinə – pasport şöbələrinə gətirilib. Burada onlara təcili Rusiya pasportları verilib, daha sonra həmin adamlar Rusiyanın Rostov vilayətinə aparılıb, orada səsverməyə qatılıblar.

200 nəfərlə birgə Rostov vilayətinin Krasnı Sulin şəhərinə gətirilən bir qadın “Kavkazski uzel” portalına deyib ki, o, Krasnodon şəhərinin (Rusiyanın Ukraynanın Luqansk vilayətində işğal etdiyi şəhər) sakinidir və Dövlət Dumasına namizədlərdən heç birini tanımır. Qadın Rusiya hakimiyyətinin onu bu ölkənin pasportunu almaq üçün səsvermədə iştiraka məcbur etdiyini söyləyib.

Rusiyanın “Dojd” telekanalının xəbərinə görə, Mərkəzi Seçki Komissiyasına səsverməyə məcbur edilmə motivli 137 şikayət daxil olub.

Donbas sakinlərinin səsvermə üçün avtobus və qatarlarla Rusiyaya aparıldığını Donetsk vilayətində separatçı qüvvələrə başçılıq edən Denis Puşilin də gizlətməyib. O, 800-dən çox bu cür səfərin təşkil olunduğunu deyib.

Ukraynanın insan hüquqları müvəkkili Lüdmila Denisova yerli “Dom” xəbər kanalına açıqlamasında deyib ki, Donbas bölgəsinin işğal altında olan ərazilərində yaşayan ukraynalılar cərimə və ya işdən qovulmaqla təhdid olunduqlarına görə Rusiyadakı seçkidə səs vermək məcburiyyətində qalıblar.

Lüdmila Denisova qeyd edib ki, 2014-cü ildən bəri Donbas bölgəsində ümumilikdə 600 mindən çox ukraynalıya Rusiya pasportu verilib.

Mənbə: Kyivpost.com

İtaliya+32

  • 20 Sentyabr 2021
  • comments

Kommunistlər Moskvadakı elektron səsvermənin nətic...

  • 20 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda