• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin Medvedyevi yoluxubmu?

  • 20 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Rusiya prezidenti Vladimir Putin sentyabrın 14-dən koronavirus infeksiyasına görə özünütəcrid rejiminə keçib.

Sentyabrın 17-də Putin deyib ki, onun protokol və təhlükəsizlik xidmətlərinin, eləcə də mətbuat xidmətinin işçiləri arasında COVİD-19-a yoluxanlar olduğundan belə bir addım atmaq məcburiyyətində qalıb.

Son vaxtlar Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, hakim Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedyevin də səhhətində problemlər olduğu bildirilir. Sentyabrın 17-19-da Rusiyada Dövlət Dumasına seçki keçirilsə də, Medvedyev bu müddətdə nə partiya qərargahında, nə də başqa yerdə gözə dəyib. Partiyadan bunu belə izah ediblər ki, Dmitri Medvedyevdə güclü öskürək əmələ gəlib. Amma onun hansı xəstəliyə yoluxduğu barədə hələ də informasiya verilməyib.

Novator.az-ın məlumatına görə, sentyabrın 20-də jurnalistlər Rusiya prezientinin mətbuat katibi Dmitri Peskovdan Putinin Medvedyevə baş çəkib-çəkmədiyini, yaxud onunla telefon əlaqəsi qurub-qurmadığını soruşublar.

Peskov deyib ki, onda bu barədə hər hansı məlumat yoxdur.

Putinin səhhətinə gəlincə, Peskov bildirib ki, prezident özünü əla hiss edir, işləməyə davam edir. Ancaq Kremlin sözçüsü dövlət başçısının hələ ki, tədbirlərə yalnız videokonfrans rejimində qatılacağını qeyd edib.

1965-ci il təvəllüdlü Dmitri Medvedyev 2005-ci ilin noyabrından Rusiya baş nazirinin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib. 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub, 2012-ci ildən yenidən baş nazir olub. Dmitri Medvedyev və onun hökuməti 2020-ci il yanvarın 15-də istefaya gedib. Yanvarın 16-da Medvedyev prezident fərmanı ilə Təhlükəsizlik Şurası sədrinin müavini təyin olunub. Bu şuraya dövlət başçısı Vladimir Putin sədrlik edir.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir olub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ildən baş nazir kürsüsündə əyləşib, 2012 və 2018-ci illərin prezident seçkilərində qalib gəlib. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır. 2020-ci ildə konstitusiyaya edilmiş dəyişiklik Putinə yenidən prezidentlik yarışına qatılmaq hüququ verir.

Mənbə: Kommersant.ru

Dumaya seçki: yenilənmiş nəticələr

  • 20 Sentyabr 2021
  • comments

Yoluxma və itki statistikası

  • 21 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Tbilisidə ev neçəyədir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
Xəbər

İxrac-idxal incəlikləri

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

Son materiallar

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Tbilisidə ev neçəyədir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda