• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kommunistlər Moskvadakı elektron səsvermənin nəticələrini tanımırlar

  • 20 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Rusiyada 17-19 sentyabrda parlamentin aşağı palatasına – Dövlət Dumasına keçirilən seçkinin ilkin nəticələri açıqlanandan sonra seçkidə iştirak edən Kommunist Partiyasının məsul şəxsləri bəyanatlarla çıxış ediblər.

Novator.az-ın məlumatına görə, partiyanın sədr müavini Dmirtri Novikov sentyabrın 20-də mediaya açıqlamasında deyib ki, Kommunist Partiyası paytaxt Moskvada keçirilən elektron səsvermənin nəticələrini tanımır: “Moskva üzrə elektron səsvermənin nəticələrini tanımırıq və tanımayacağıq da”.

Kommunist Partiyası sədrinin digər müavini Vladimir Kaşin partiyanın seçkinin rəsmi nəticələrinə qarşı aksiyalar keçirmək niyyətində olduğunu vurğulayıb. O, sentyabrın 25-də və oktyabrın 3-də aksiyaların keçirilməsi üçün aidiyyəti qurumlara rəsmən müraciət etdiklərini deyib.

Komminist Partiyasının sədri Gennadi Züqanov seçkinin nəticələrindən ümumən razı qaldığını bildirib. Saxtakarlıqlara gəlincə, o, partiya tərəfdarlarını seçkinin həqiqi nəticələrini “Podolsk kursantları Moskvanı müdafiə etdikləri kimi müdafiə etməyə” çağırıb.

Seçkinin ilkin rəsmi nəticələrinə görə, Kommunist Partiyası Dövlət Dumasının 225 deputatının seçildiyi proporsional sistem üzrə səslərin 20%-ni qazanıb. Hakim Vahid Rusiya Partiyası isə 48,97% səslə liderdir.

Majoritar sistemə gəlincə, 225 dairənin 15-də Kommunist Partiyası, 195-də Vahid Rusiya Partiyası önə çıxıb.

Bu nəticələr Kommunist Partiyasının Dövlət Dumasında ikinci fraksiya olacağından xəbər verir.

Mənbə: Echo.msk.ru

Rusiya seçkisində separat səslər

  • 20 Sentyabr 2021
  • comments

Hikmət Sabiroğlunun vaxtı

  • 20 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Yaponiya hökuməti silkələnir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda