• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib

  • 20 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun mühakiməsini davam etdirir. Novator.az-ın məlumatına görə, sentyabrın 20-də keçirilən iclasda Eldar Həsənov yenə səhhətində yaranmış problemlərə toxunub. Cinayət işinin bir neçə epizodu üzrə ifadə verdikdən sonra Eldar Həsənov özünü pis hiss edib və proses dayandırılıb. Məhkəmənin növbəti iclası sentyabrın 24-nə təyin olunub.

Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənov məhkəmənin əvvəlki iclaslarında da eyni problemlə üzləşib. 13 sentyabr iclasında Eldar Həsənovun vəziyyəti pisləşib, məhkəməyə təcili tibbi yardım çağırılıb, proses yarımçıq qalıb.

17 sentyabr iclasında Eldar Həsənov deyib ki, səhhətindəki problemlər daha da kəskinləşib, stasionar müalicəyə ehtiyacı var, ancaq onu xəstəxanaya köçürmürlər. Vəkil Cavad Cavadov Eldar Həsənovun səhhətinin pisləşdiyini deyərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib, ancaq vəsatət təmin edilməyib.

Həmin iclasda Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb, müayinə zamanı Eldar Həsənovun qan təzyiqinin kəskin yüksəldiyi, ürək döyüntülərinin artdığı bilinib. Xərəyə uzadılan Eldar Həsənova oksigen balonu qoşulub, proses təxirə salınıb.

1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.

Həmin gün açıqlaması yayılan Eldar Həsənov qeyd edib ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir.

Sentyabrın 3-də start götürən məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.

2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.

Eldar Həsənov avqustun 2-dən 17-dək yenə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Həbsin bir ili

Eldar Həsənovun işi məhkəməyə getdi

Eldar Həsənovun ittiham olunduğu maddələr

Eldar Həsənovun açıqlaması

Eldar Həsənovun məhkəməsi təyin olunub

Eldar Həsənovun vəkili yeni açıqlama yayıb

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi

Eldar Həsənovun məhkəməsində

Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır

Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər

Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”

Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb

Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”

Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi

“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”

Hikmət Sabiroğlunun vaxtı

  • 20 Sentyabr 2021
  • comments

Dumaya seçki: yenilənmiş nəticələr

  • 20 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda