Sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun mühakiməsini davam etdirib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılan məhkəmə iclasında vəkil Cavad Cavadov Eldar Həsənovun səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pisləşdiyini deyərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Vəsatət təmin edilməyib.
Eldar Həsənov da çıxışında səhhətində yaranmış problemlərə toxunub, məhkəməyə gəlməsinin çətin olduğunu deyib, iş üzrə ifadəsində isə ittihamları əsassız saydığını vurğulayıb.
Novator.az-ın məlumatına görə, Eldar Həsənov ifadə verdiyi zaman qəflətən özünü pis hiss edib, prosesdə fəsilə elan olunub. Təcili tibbi yardım çağırılıb, müayinə zamanı Eldar Həsənovun qan təzyiqinin kəskin yüksəldiyi, ürək döyüntülərinin artdığı bilinib. İclası davam etdirmək mümkün olmayıb, Eldar Həsənov saxlandığı təcridxanaya aparılıb.
1955-ci il təvəllüdlü Eldar Həsənov daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror vəzifələrində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 14-də barəsində həbs qətimkan tədbiri seçilən Eldar Həsənovu Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham edib. Rəsmi iddiaya görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Həbsini və verilən ittihamları qanunsuz, əsassız, qərəzli və sifarişli sayan Eldar Həsənov bildirir ki, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə siyasi iddiada olmağı, siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi yalan məlumatların ötürülməsidir.
Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb. Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ağırlaşıb. O, 2021-ci il iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb, avqustun 2-dən 17-dək yenə orada müalicə alıb.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”