• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tural Abbaslıya 4 min 500 avro ödənəcək

  • 16 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 16-da azərbaycanlı siyasətçi Tural Abbaslının şikayəti üzrə qərardad elan edib. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, ərizə baxılacaq şikayətlərin siyahısından çıxarılıb.

Dövlətlə anlaşdığı üçün 3 ay ərzində Tural Abbaslıya 4 min 500 avro təzminat ödənməlidir.

Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Tural Abbaslı 2000-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub. 2016-cı ildə o, dövlət qeydiyyatlı Vahid Azərbaycan Partiyasının bazasında Ağ Partiya yaradaraq qurumun sədri seçilib. 2020-ci ildə Ədliyyə Nazirliyi təşkilatı Ağ Partiya kimi tanıyıb.

Tural Abbaslının Avropa Məhkəməsinə şikayəti inzibati qaydada cəzalandırılması ilə bağlı idi: “Ərizəçi 2012-ci ildə daha əvvəlki inzibati tənbeh tədbirinə əməl etmədiyinə görə 15 sutka inzibati həbs cəzası alıb. Tural Abbaslı barəsindəki məhkəmə prosedurlarının ədalətsizliyindən şikayətlənib. İstədiyi vəkillə təmin olunmadığını, barəsindəki məhkəmə qərarlarının əsaslandırılmadığını bildirən Tural Abbaslı Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verdiyini iddia edirdi”.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Qaragöl arayışı

  • 16 Sentyabr 2021
  • comments

Navalnı favoritə çevrildi

  • 16 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda