Energetika Nazirliyinin 14 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 73,98 dollara satılır. Bu, büdcə qiymətindən 33,98 dollar yuxarı qiymətdir.
Novator.az bildirir ki, Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel, avqustda 596,1 min barrel göstərilib.