• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”

  • 09 Sentyabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Meydan.tv həbsdə olan dövlət xadimi Eldar Həsənovun sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəki çıxışından bəzi hissələri yayıb.

Sentyabrın 9-da Eldar Həsənovun işi üzrə baxış prosesi başlayıb. İclasda Eldar Həsənov şüşə qəfəsdən çıxarılaraq məhkəmə zalında əyləşdirilib. Qərar vəkillərin sentyabrın 3-də keçirilmiş hazırlıq iclasında qaldırdığı vəsatət əsasında qəbul olunub.

Meydan.tv bildirir ki, 9 sentyabr prosesində Eldar Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldıran vəkillər keçmiş səfirin sağlıq durumunun kritik olduğunu, onun təcili ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsinin vacibliyini vurğulayıblar: “Eldar Həsənov təcili xəstəxanaya yerləşdirilməlidir. Bu barədə həkim rəyi var. Həkim arayışında göstərilib ki, Eldar Həsənovda beyin zədələnməsi riski böyükdür. Həkim deyir ki, onun durumu kritikdir, təcili stasionar qaydada xəstəxanaya yerləşdirilməlidir. Onun həyatı ciddi təhlükə altındadır. Eldar Həsənov məhkəmədən yayınan deyil. Məhkəmənin bütün çağırışlarına gələcək. Ona görə xahiş edirik ev dustaqlığına buraxılsın və xəstəxanaya yerləşdirilməsinə şərait yaradılsın”.

Eldar Həsənov özü də vəsatətə münasibət bildirib: “Mən 1 il 26 gündür həbsdəyəm. Bu müddətdə mənim qəsdimə yönələn istintaq aparılıb. Vəkil Adil İsmayılovla müqavilə bağladım, bir müddət sonra o vəfat etdi. İkinci vəkilim Cəlil Mirzəyev koronavirusa yoluxdu. Başqa vəkillə müqavilə bağladım, amma onunla görüşməyə imkan verilmədi. Yazıblar ki, guya mən ehtiyac duymadığıma görə vəkillə görüşməmişəm.

Sənəddə yazılıb ki, Eldar Həsənova lazımi diqqət-qayğı göstərilir, müalicə üçün şərait yaradılıb. Təcridxanada müalicə üçün şərait necə yaradıla bilər? Bu gün səhər də kəskin ağrılarım başlamışdı, vəziyyətim kritik idi. Amma məhkəməyə hörmətsizlik olmasın deyə gəldim. Xahiş edirəm mənim səhhətimlə bağlı danışanda diqqətli olun, heç kim bilmir başına nə gələcək. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacam. Ölsəm, nəslimdə 61 hüquqşünas var, onlardan ən azı biri qeyrətli çıxıb mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimdə də yazmışam”.

Məhkəmə Eldar Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Daha sonra Eldar Həsənov özü məhkəməsinin qapalı keçirilməsi haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən o deyib ki, dövlətlərarası münasibətlərə, Azərbaycanın nüfuzuna xələl gəlməsini istəmir: “Mənə verilən ittihamlarla bağlı ifadə versəm, bu, 20 il səfir olduğum ölkələrin siyasi liderləri ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə ciddi xələl gətirər. Bu, Azərbaycan dövləti üçün böyük zərbə ola bilər. 44 il dövlət orqanlarında çalışmış, 20 il dörd ölkədə səfir olan biri kimi sizdən xahiş edirəm proses qapalı keçirilsin. Məhkəmə prosesində ayrı-ayrı epizodlar üzrə verilən ifadələrdən kənara sızacaq cüzi məlumat Azərbaycanın beynəlxalq imicinə zərbə vuracaq, siyasi liderlərin ölkəmizə münasibətinə təsir göstərəcək. Mənim nəslimdə satqın olmayıb. İstəmirəm ki, millətimə, dövlətimə, ölkə başçısına, onun ağıl-zəkasına, atdığı mötəbər addımlara ziyan gəlsin. Əgər məlumat sızsa, buna görə mən məsuliyyət daşımıram.

1 il 26 gün susdum. İstintaq o qədər ədalətsiz aparılıb ki, 1996-cı ildə nəvəmə cehiz verdiyim evə də həbs qoyulub. Halbuki ittihamlar 2001-ci ildə səfir təyin olunduğum dövrdən sonraya aiddir. Hansı əsasla o evə həbs qoyulub? 1 il 26 gündə ailə üzvlərim təqib olunub. Ona görə də məhkəmədə verəcəyim ifadələr ciddi məsələlərdir. Mən sizi də qorumaq üçün, dövlətin də təhlükəsizliyi baxımından prosesin qapalı keçirilməsini istəyirəm. Bütöv prosesi qapalı keçirməsəniz də hansısa hissələrlə bağlı ifadələr veriləndə heç olmasa o hissələri qapalı eləyin”.

Prokuror deyib ki, bu cinayət işində dövlət sirri hesab ediləcək məlumatlar yoxdur, ona görə də məhkəmənin qapalı keçirilməsinə etiraz edir.

Nəticədə hakimlər məhkəmənin qapalı keçirilməsi haqda vəsatəti də rədd ediblər.

Ardınca dövlət ittihamçısı Anar Nəsibov ittiham aktını oxuyub.

İttiham aktı elan olunandan sonra çıxış edən Eldar Həsənov deyib ki, səfir işlədiyi ölkələrdə Azərbaycanın həyata keçirdiyi layihələr iki yerə bölünüb: dövlət layihələri və Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələr: “Layihələr iki ölkə arasında ən ali səviyyədə razılaşdırılırdı. Həmin layihələrə rəhbərlik etmək səlahiyyəti də Azərbaycan dövlətinin təyin etdiyi iki nəfərə həvalə olunmuşdu. Həmin şəxslərə diplomatik pasport da verilmişdi. Onlar layihələrin həyata keçirildiyi ölkədə yaşayıb proseslərə nəzarət edirdilər. Heykəllərin Bakıda hazırlanıb aparılmasından tutmuş həmin ölkələrdə yerləşdirilməsi, vəsaitlərin xərclənməsinə qədər bütün məsələlər həmin şəxslərin nəzarətində olub”.

Məhkəmədə Eldar Həsənovun vəziyyəti pisləşdiyinə görə onun ifadəsinin davamı növbəti məhkəmə iclasına, sentyabrın 13-nə qalıb.

Eldar Həsənovun işi üzrə prosesə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev sədrlik edir.

1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.

Həmin gün açıqlaması yayılan Eldar Həsənov qeyd edib ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir. Sentyabrın 3-ü Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş hazırlıq iclasında Eldar Həsənov istintaqın kobud pozuntularla aparıldığını deyib, ona qarşı ittihamların heç birinin sübuta yetirilmədiyini vurğulayıb.

Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.

Vəkilləri bildirir ki, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.

2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.

Eldar Həsənov avqustun 2-dən 17-dək yenə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Həbsin bir ili

Eldar Həsənovun işi məhkəməyə getdi

Eldar Həsənovun ittiham olunduğu maddələr

Eldar Həsənovun açıqlaması

Eldar Həsənovun məhkəməsi təyin olunub

Eldar Həsənovun vəkili yeni açıqlama yayıb

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi

Eldar Həsənovun məhkəməsində

Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır

Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər

Büdcənin gəlir mənbələri, xərc istiqamətləri

  • 09 Sentyabr 2021

Yığmanın tarixindən

  • 10 Sentyabr 2021

Son materiallar

comments
Xəbər

“Təmiz Şəhər”in ərazisi böyüdü

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

comments
Xəbər

Bakıda orta maaş, başqa göstəricilər

comments
Xəbər

İdxala güzəşt fərmanı

Rəylər

Do not miss

comments
Xəbər

“Təmiz Şəhər”in ərazisi böyüdü

Son materiallar

comments
Xəbər

“Təmiz Şəhər”in ərazisi böyüdü

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

comments
Xəbər

Bakıda orta maaş, başqa göstəricilər

comments
Xəbər

İdxala güzəşt fərmanı

comments
Xəbər

Şuşa qanunu rəsmən yeniləndi

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Xəbər

Dörd zabitə general-mayor rütbəsi verildi

comments
Xəbər

Gəncə Şəhər Məhkəməsinə təyinatlar

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
ManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
Xəbər

İqlim normasından yüksək

comments
ManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
ManşetXəbər

Zülmün nümayişi

comments
Xəbər

Vergidən azadlıq qərarı

comments
Xəbər

Nazirliyin yarım ili

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
ManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
Xəbər

Koronavirus hesabatı

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
Dünyanın səsiXəbər

Ermənistanda uşaq pulu artır

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
Xəbər

Bakı konfransı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda