Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, layihəyə görə, büdcənin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır, bunun 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payı kimi göstərilir, gəlirlər hesablanarkən neftin bir barrelinin qiyməti 45 ABŞ dollarına bərabər götürülür.
Dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat nəzərdə tutulur, funksional təsnifat üzrə strukturda ən çox pay iqtisadi fəaliyyətə (18,64 faiz), müdafiə və milli təhlükəsizliyə (15,5 faiz), ümumi dövlət xidmətlərinə (14,7 faiz), təhsilə (12,9 faiz), sosial müdafiə və sosial təminata (12,4 faiz) düşür.
2022-ci ilin dövlət büdcəsində 2 milyard 567 milyon manat kəsir proqnozlaşdırılır.