Armeniasputnik.am saytı Ermənistanın inflyasiya göstəricilərini yayıb. Hesabata görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkədə ötən ilin eyni dövrünə nəzərən 8,8% inflyasiya gedib, ərzaq məhsulları 15,1% bahalaşıb.
Novator.az bildirir ki, statistikaya əsasən, il ərzində tərəvəzin qiyməti 66,4%, şəkərin qiyməti 36,2%, yağın və piylərin qiyməti 29,1%, balıq məhsullarının qiyməti 25,5%, süd məhsullarının və yumurtanın qiyməti 12,2%, ət məhsullarının qiyməti 9,9%, alkoqollu içkilərin və siqaretin qiyməti 9,3% yüksəlib, yalnız meyvənin qiymətində 8,7% azalma qeydə alınıb.