• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elçibəyin siyasi iradəsi

  • 08 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn o dövrün sərhəd siyasətindən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, yenə yaxın tarixin təhrifinə səy göstərilir, Elçibəyin Rusiya ilə Azərbaycan arasında sərhədin əleyhinə olduğu bildirilir: “Azərbaycanın dövlət müstəqilliyi dövründə ilk milli sərhəd postu – Xudat postu 1992-ci il iyunun 16- da məhz Azərbaycan-Rusiya sərhədində yaradılıb.

Azərbaycan İran sərhədinə gəldikdə, sərhədin mühafizəsi və mühafizə infrastrukturu 1992-ci il avqustun 1-dən Rusiya sərhədçilərindən Azərbaycan sərhədçilərinin müstəsna nəzarətinə götürülməyə başlanıb və bu proses 1993-cü il aprelin 5-də başa çatıb. Həmin tarixdən dövlət sərhədinin mühafizəsində bir nəfər də olsun Rusiya hərbçisi qalmayıb.

Xəzər sahili boyu Azərbaycan-İran sərhədini Rusiya ilə 1992-ci il oktyabrın 6-da bağlanmış müqaviləyə uyğun olaraq həmin il noyabrın 27-dən yalnız Azərbaycanın gəmiləri qoruyub.

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) 1997-ci ilə qədər hüquqi status olmadan fəaliyyət göstərdiyi qeyd edilir. 1992-ci ilin payızında prezident Elçibəyin Rusiyaya səfəri zamanı imzalanmış müqaviləyə əsasən, həmin obyekt hüquqi baxımdan Azərbaycanın mülkiyyətinə keçmişdi və oradakı mütəxəssislər Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları statusuna malik şəxslər sayılmırdı. Odur ki, Qəbələ RLS-in fəaliyyət göstərdiyi 2012-ci ilə qədər Rusiyanın Azərbaycanda hərbi mövcudluğunu saxladığı iddiası həqiqətə uyğun deyil.

Bütün bunlar Rusiyanın siyasi və hərbi rəhbərliyinin dövlət sərhədlərini Moskvanın qoruması və ya birgə qorumağa yönəlmiş ciddi arzu, istək, tələb və təhdidlərinə rəğmən məhz prezident Elçibəyin siyasi iradəsi sayəsində həyata keçirilmişdi”.

“Qarabağ”ın oyunlarının təqvimi

  • 08 Sentyabr 2021
  • comments

Yaponiya mediası: “Rusiya bir addım da geri çəkilm...

  • 08 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda