• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni nazirə tapşırıqlar

  • 07 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sentyabrın 7-də prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qəbulda deyib ki, ölkədə idman sahəsi sürətlə inkişaf edib və Azərbaycan idman ölkəsi kimi tanınır: “Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və hansısa nəticəni əldə edə bilmiriksə, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr qürur verir.

Eyni zamanda idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə olimpiya oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub və bütün federasiyalarda mövcud vəziyyət ciddi təhlil edilməlidir. Məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir.

Son olimpiya oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında belə bir ara, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət alıb, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda peşəkar idmançılar yetişsin. Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni biz nəticə çıxarmalıyıq. Biz qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır”.

Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.

Əvvəlki gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib. O, 7 fevral 2006-cı ildən gənclər və idman naziri idi.

1979-cu il təvəllüdlü Fərid Qayıbov 2003-cü ildən Azərbaycan Gimnastika Federasiyasında fəaliyyət göstərib, menecer, baş meneceri vəzifələrində çalışıb, baş katib olub.

Pedaqoji elmlər namizədidir.

Gənclər və İdman Nazirliyi 26 iyul 1994-cü ildə Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin ləğvi ilə yaradılıb, 18 aprel 2001-ci ildən 30 yanvar 2006-ci ilədək Gənclər, İdman və Turizm Nazirliyi adı daşıyıb.

ABŞ-ın Əfqanıstanda qalan hərbi texnikası necə old...

  • 07 Sentyabr 2021
  • comments

İsrail peyvəndin dördüncü dozasına hazırlaşır

  • 07 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • İdman
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda