• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenə “Dağlıq Qarabağ Respublikası”

  • 07 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Avqustun 13-də Rusiyanın dövlət satınalmaları informasiya sisteminin rəsmi internet səhifəsində (Zakupki.gov.ru) Azərbaycandakı sülhməramlı kontingentin təminatı ilə əlaqədar müsabiqə elanı verilmiş, sənəddə “Dağlıq Qarabağ Respublikası” ifadəsi yer almışdı. Azərbaycan Xarici İşlər Nazirliyinin etirazından sonra həmin müsabiqə ləğv olunub.

Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Rusiya Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin müsabiqənin ləğvi üzrə qərarında da “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədildiyini yazır: “Sentyabrın 3-də verilən qərarda göstərilir ki, Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikasında yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna xidmət üçün icraçı seçimi müsabiqəsi ləğv olunur”.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, hərəkat getdikcə vüsət alaraq Ermənistanın açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.

Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi, Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

İsrailin yeni hökuməti: Netanyahu hədiyyələri qayt...

  • 07 Sentyabr 2021
  • comments

“Vaşinqton Post”: Putin daha sərt diktaturaya keçi...

  • 07 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda