• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-ın Əfqanıstanda qalan hərbi texnikası necə oldu?

  • 07 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

ABŞ qoşunları 20 ildən sonra Əfqanıstanı tərk etdi. Bəs ABŞ ordusu Əfqanıstandan bütün hərbi texnikasını çıxardımı? Orada qalan hərbi texnikaların taleyi necə oldu?

Novator.az-ın məlumatına görə, ABŞ-ın “CBS News” kanalının internet səhifəsində bununla bağlı yazı yerləşdirilib.

Yazıda bildirilir ki, Əfqanıstanı tərk edən ABŞ hərbçiləri paytaxt Kabildə 170 ədəd hərbi texnikanı yararsız hala gətiriblər. Onlar Kabildəki beynəlxalq hava limanında 70-ə yaxın zirehli texnikanı, 23 ədəd hərbi nəqliyyat vasitəsini və 73 təyyarəni məhv ediblər.

ABŞ Mərkəzi Komandanlığı həmin təyyarələrin artıq heç vaxt havaya qalxa bilməyəcəyini vurğulayıb.

Məlumata görə, ABŞ qoşunları Əfqanıstanı tərk edərkən avadanlıqların yüklənməsi və məhv edilməsi prosesini insanların təxliyə edilməsi prosesi ilə bərabər həyata keçirib. Avadanlıqların bir hissəsi aviareyslərlə daşınıb, qalanları isə aeroportda ya yararsız hala salınıb, ya da nəzarət altında partlayışlar vasitəsilə məhv edilib.

Amerikalı rəsmilərdən biri “CBS News”a açıqlamasında hərbçilərin hava nəqliyyatındakı yükləri yüngülləşdirmək üçün bəzi silah-sursatları, avadanlıqları aeroportda partlatdıqlarını təsdiqləyib.

Bildirildiyinə görə, aeroportda yararsız hala salınan hərbi texnikalar 14 ton ağırlığında zirehli maşınlardan, Hərbi-Hava Qüvvələrinə məxsus müəyyən avadanlıqlardan ibarətdir.

“Tvitter” şəbəkəsində Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı üzvlərinin hava limanına daxil olarkən məhv edilmiş avadanlıqlara baxdığını əks etdirən görüntülər də yayılıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi CNN kanalına açıqlamasında deyib: “Taliban”çılar avadanlıqların ətrafında gəzə, onları seyr edə bilərlər, ancaq onlar həmin texnikalarla havaya qalxa bilməyəcəklər”.

Con Kirbi hava limanında gələcəkdə istifadə olunması üçün iki ədəd yanğınsöndürən texnikanın və yük maşınlarının qaldığını da qeyd edib.

Mənbə: Cbsnews.com

Gənclər və idman naziri təyin edildi

  • 07 Sentyabr 2021
  • comments

Yeni nazirə tapşırıqlar

  • 07 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda