Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin beşinci turu start götürüb. Novator.az-ın məlumatına görə, A qrupunda yarışan Azərbaycan milli komandası İrlandiyaya 4 sentyabr səfərindən sülhlə dönüb – 1:1.
Serbiya – Lüksemburq oyunu 4:1 hesabı ilə başa çatıb.
Qrupda 10 xalla Serbiya və Portuqaliya liderlik edirlər. Lüksemburq 6, İrlandiya və Azərbaycan 1 xal toplayıb.
Qalan oyunların təqvimi belədir:
7 sentyabr
Azərbaycan – Portuqaliya
İrlandiya – Serbiya
9 oktyabr
Azərbaycan – İrlandiya
Lüksemburq – Serbiya
12 oktyabr
Serbiya – Azərbaycan
Portuqaliya – Lüksemburq
11 noyabr
Azərbaycan – Lüksemburq
İrlandiya – Portuqaliya
14 noyabr
Portuqaliya – Serbiya
Lüksemburq – İrlandiya.
2022-ci ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Reqlamentə görə, final mərhələsində 32 komanda təmsil olunur. Avropanın 13 vəsiqəsi var. Seçmə mərhələ 10 qrupu əhatə edir. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və 2020-ci ilin Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanacaq.