• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

  • 03 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 9-da Azərbaycandan iki şikayət üzrə qərarlar elan edəcək. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, 1940-cı il təvəllüdlü Xavər Əlibəyovanın şikayəti 2012-ci ildə göndərilib. Əlibəyova 2009-cu ildə yolda yıxılıb, ayağından ağır sınıq xəsarətləri alıb, bir müddət xəstəxanada və evdə müalicə olunub. Ərizəçi xəsarət almasında səbəbkar saydığı Bakı Şəhər İcra Hakimiyyətini və Nəqliyyat Nazirliyinin yol xidmətini məhkəməyə verib. Səbail Rayon Məhkəməsi iddianı təmin edib, cavabdehlərin üzərinə 50 min manat təzminat öhdəliyi qoyub. Qüvvəyə minən həmin qərarın icrası yubanıb, ardınca Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət müddəti ötsə də, Bakı Apellyasiya Məhkəməsi 2011-ci ildə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, Ali Məhkəmə də bunu təsdiqləyib.

Şikayətçi Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozulduğunu iddia edir.

Əlisa Həsənov 2012-ci ildə göndərdiyi şikayətdə bildirir ki, tutularaq polis məntəqəsində 7-8 saat qanunsuz saxlanıb. O, 3 saatdan sonra sərbəst buraxılmamasını azadlıq və toxunulmazlıq hüququna müdaxilə sayır.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Şuşa istiqamətində atışma

  • 03 Sentyabr 2021
  • comments

Bakıdan bölgələrə…

  • 03 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda