• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müharibələr Amerikaya neçəyə başa gəlir?

  • 02 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın Braun Universiteti son 20 ildə – 2001-ci ilin 11 sentyabrında ölkədə törədilən terror aktlarından sonra Amerikanın Əfqanıstanda, İraqda və Suriyada apardığı hərbi əməliyyatlara çəkdiyi xərcləri hesablayıb.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “USA Today” qəzetində dərc edilən məqalədə deyilir ki, Amerika dövləti Əfqanıstan, İraq və Suriya əməliyyatlarına çəkdiyi xərclərlə bağlı heç vaxt tam hesablama aparmayıb.

Braun Universiteti tədqiqatçılarının hesablamalarına görə isə ABŞ hərbi əməliyyatlara ümumilikdə 5,8 trilyon dollar xərcləyib. Buraya tək birbaşa yox, dolayı yolla çəkilən xərclər, məsələn, milli təhlükəsizlik xərcləri, habelə həlak olan amerikalı hərbçilərin ailələrinə ödənilən müavinətlər daxildir.

Braun Universiteti Əfqanıstandakı müharibənin ABŞ-a 2,3 trilyon dollara başa gəldiyini vurğulayır. Amerika ordusu Əfqanıstandan tam çıxarılana qədər ABŞ dövlətinin bu ölkədən 123 min insanı təxliyə etməsinə çəkdiyi xərclər göstərilən rəqəmə – 2,3 trilyon dollara daxil deyil.

ABŞ ordusu artıq Əfqanıstanı tərk etsə də, bəzi xərcləmələr hələ davam edir. Məsələn, müharibə veteranlarına daimi tibbi yardımlar göstərilir və sair.

“USA Today” yazır ki, avqustun 31-i ABŞ prezidenti Cozef Bayden Braun Universitetinin 2,3 trilyonluq xərcə dair hesabatını amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması qərarını əsaslandıran arqument kimi göstərib. O, son 20 ildə ABŞ-ın Əfqanıstanda çəkdiyi gündəlik xərcin 300 milyon dollar təşkil etdiyini vurğulayıb.

Bayden ABŞ-ın Əfqanıstanda qeyri-müəyyən müddətə az sayda hərbi qüvvə saxlamalı olduğunu iddia edənlərlə razılaşmadığını deyib: “Heç bir müharibə risksiz və ucuz başa gəlmir”.

Braun Universitetinin hesabatına görə, bu yaxınlarda təxliyə zamanı həlak olan 13 nəfər də sayılmaqla Əfqanıstan müharibəsində 2400 amerikalı hərbçi həlak olub.

Hesabatda Əfqanıstanda son 20 ildə aparılan müharibədə 46 min dinc insanın öldürüldüyü bildirilir.

Braun Universitetinin hesablamasına görə, İraq və Suriyadakı müharibələr ABŞ-a 2 trilyon dollara başa gəlib. Somalidə və Afrikanın digər ərazilərində aparılan antiterror əməliyyatlarına isə Amerika dövlətinin 335 milyard dollara yaxın vəsait xərclədiyi deyilir.

Mənbə: Usatoday.com

Hasilatda yeni kvota

  • 02 Sentyabr 2021
  • comments

Bölgələr üzrə boşanma göstəriciləri

  • 02 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Trampı postda saxlamaq təklifi – “Fox News”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropalı gənclər demokratiyadan üz çevirir? “YouGov”-un sorğusu

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Ordu
  • Siyasət
  • Sosial
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

Son materiallar

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Trampı postda saxlamaq təklifi – “Fox News”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda