Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, sentyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər yüksək ola bilər.
Bölgələr üzrə orta aylıq hava proqnozu belədir:
Bakı və Abşeron yarımadası – 22-24 dərəcə isti, bəzi günlərdə 33 dərəcə isti;
Naxçıvan Muxtar Respublikası – 23-25 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcə isti;
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy – 15-17 dərəcə isti, bəzi günlərdə 26 dərəcə isti;
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl – 21-23 dərəcə isti, bəzi günlərdə 33-36 dərəcə isti;
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – 18-22 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti;
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 22-24 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcə isti;
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 20-24 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcə isti.