• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müstəqillik bəyannaməsinin 30 ili, iki şərh

  • 30 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyini bəyan etməsinin 30 ili tamam olur. Müstəqillik bəyannaməsini 1991-ci ilin həmin günü Ali Sovet qəbul edib.

Dövlət müstəqilliyinin bərpası daha iki mərhələdən keçib: 1991-ci il oktyabrın 18-də parlament dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, müstəqillik bəyannaməsinin qəbulu xalqın iradəsi, Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, parlament daxilində istiqlalçı millət vəkillərinin apardığı fədakar mübarizə nəticəsində mümkün olub: “Dövlət müstəqilliyinin bərpası haqqında 18 oktyabr 1991-ci ilin konstitusiya qanunu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə və Azərbaycan Ali Sovetinin qəbul etdiyi 30 avqust bəyannaməsinə əsaslanır”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edir ki, 30 il ərzində müstəqilliyin qorunması, eləcə də 2020-ci ildə Qarabağın əksər hissəsinin işğaldan azad olunması uğur sayıla bilər: “Lakin 30 ilə nəzər salanda görürsən ki, müstəqilliyə təhdidlər heç vaxt indiki kimi çox, hakimiyyət isə heç vaxt Rusiyadan bu qədər asılı, təslimçi durumda olmayıb.

Bu 30 il ərzində Əbülfəz Elçibəyin 1 illik hakimiyyəti istisna olmaqla xalqın iradəsi ilə formalaşan, demokratik idarəçiliyə əsaslanan hakimiyyət institutları qurulmadı.

30 il ərzində neft-qaz ixracatından ölkəyə 200 milyard dollardan çox vəsait daxil olsa da, xalqın azad, təhlükəsiz və sosial təminatlı firavan həyatı təmin olunmadı, əksinə, əhalinin bir qismi dolanışıqdan əziyyət çəkdi, yoxsulluq girdabından çıxa bilmədi, bir qismi də qazanc üçün ölkəni tərk etmək məcburiyyətində qaldı.

Bu 30 il ərzində milli iqtisadiyyat bazar relslərinə oturdulmadı, yeni mülkiyyətçilər, azad sahibkarlar və səhmdarlar sinfi formalaşmadı, əksinə, oliqarxlar, inhisarçılar və korrupsionerlər hesabına cəmiyyətdə ifrat qütbləşmə qeydə alındı, orta təbəqə yaranmadı, xalqın sərvətləri, dövlətin büdcəsi talan edilərək xaricə daşındı.

Bu 30 il ərzində təhsil, səhiyyə və sosial müdafiə sahəsində milli standartlar beynəlxalq səviyyəyə qalxmadı, keyfiyyətli və hamı üçün əlçatan səhiyyə, təhsil və sosial qayğı sistemi qurulmadı.

Bu 30 il ərzində müxalif siyasi partiyalar, müstəqil vətəndaş cəmiyyəti və azad mətbuat institutları sıradan çıxarıldı, əvəzində hökumət yönlü, qondarma təşkilatlar yaradıldı”.

Səkkiz ayın populyar adları

  • 30 Avqust 2021
  • comments

Yaxın ölkələrdə pensiya yaşı

  • 30 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda