• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üç turnir, 96 komanda

  • 27 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

UEFA-nın klub turnirlərində ələmə mərhələləri başa çatdı. Novator.az bildirir ki, 2021-2022 mövsümünün qrup raundlarında 36 UEFA üzvünün 96 komandası yarışacaq: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 32 klub yer alır.

Mövsümə buraxılmış 237 komandanın 141-i ələnib, 55 UEFA üzvündən 19-u, o cümlədən Belarus, Litva, Latviya, Gürcüstan təmsilçisiz qalıb.

Azərbaycan 1 komanda ilə yarışır.

Mübarizəyə Çempionlar Liqasında başlayan “Neftçi” ikinci raunddan sonra Avropa Liqasına köçüb, bu turnirin ilk təsnifat raundundan Konfrans Liqasına ələnib, Konfrans Liqasının dördüncü mərhələsini dəf edə bilməyib.

Konfrans Liqasına ikinci mərhələdən qoşulan “Keşlə” və “Sumqayıt” həmin raundda ələniblər, “Qarabağ” isə üç mərhələ adlayaraq qrupa vəsiqə qazanıb. Bu komanda 2014-cü ildən bəri Avropanın klub turnirlərinin qrup mərhələsində mübarizə aparır: 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Azərbaycan klub reytinqində 29-cu pillədədir. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.

Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.

Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Bu mövsüm Azərbaycan 2,125 əmsal əldə edib.

Qrup turnirləri sentyabr-dekabr aylarında keçiriləcək, Çempionlar Liqasının qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına transfer olunacaq.

“Qarabağ”lı turnir

  • 27 Avqust 2021
  • comments

Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyi...

  • 27 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda