• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan 3 aylıq hərbi toplanışa gedir

  • 20 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Ermənistanda 3 aylıq hərbi təlim toplanışı elan olunub. Novator.az bildirir ki, hökumətin qərarı ilə toplanış avqustun 25-dən noyabrın 25-dək davam edəcək.

Toplanışa cəlb ediləcək mülki şəxslərin 3 ay müddətində hərbi qulluqçu sayılacağı bəyan olunub.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Azad edilmiş sərhəd bölgələrində mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa görə, ehtiyatda olan hərbi vəzifəlilər il ərzində bir dəfədən çox olmayaraq 1-2 ayadək müddətə toplanışlara çağırıla bilərlər.

Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər üçün 3 ayadək müddətə xüsusi toplanışlar nəzərdə tutulur.

Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti maksimum 18 aydır.

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilərin toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanması mümkündür.

“Avroviziya”nın 24-ü

  • 20 Avqust 2021
  • comments

Enerji sahəsində yeni qanun imzalandı

  • 20 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda