Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 459 milyon manat olub.
Yeddi ayda ödənişli xidmətlərdən əldə olunan gəlirin 2020-ci ilin yanvar-iyul aylarına nəzərən 4,2 faiz artaraq 4 milyard 161,1 milyon manat həddində rəsmiləşdiyi bildirilir. Statistikaya əsasən, yanvar-iyul aylarında hər ölkə sakini orta hesabla 415,6 manatlıq ödənişli xidmətlərdən istifadə edib.