2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 7,5 milyard dollarlıq neft ixrac edib. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin yeddi aylıq hesabatında Azərbaycandan xam neft və xam neft məhsulları alan ölkələr statistik dəyər baxımından belə sıralanır:
İtaliya
İspaniya
Xorvatiya
İsrail
Hindistan
Portuqaliya
Tunis
Böyük Britaniya
Ukrayna
Kanada
Türkiyə
Tailand
Almaniya
Belarus
Çin
İndoneziya
Vyetnam
Çexiya
Fransa
İrlandiya
Avstriya
Rumıniya
Avstraliya
Rusiya.
Avqustun 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 69,52 dollara satılır.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48 dollarla başlayıb.
Energetika Nazirliyi gündəlik xam neft hasilatını yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel göstərib.