• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbsin bir ili

  • 13 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Hüquqşünas alim, dövlət xadimi Eldar Həsənovun həbsindən bir il ötür.

Novator.az bildirir ki, Eldar Həsənov 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Universitetində dərs deyib. Mütəşəkkil cinayətkarlıq və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, İşlər İdarəsinin müdiri, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri, Konsulluq İdarəsinin rəisi və həmin idarənin konsulluq-hüquq şöbəsinin rəisi həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb. Eldar Həsənov həmin gün səhər evindən çıxaraq Xarici İşlər Nazirliyinə, nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən tutulub.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 308.2 və 308-1.1-ci maddələri ilə ittiham irəli sürülüb.

308.2-ci maddəyə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

308-1.1-ci maddəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə xeyli miqdarda (50 min manatdan 250 min manatadək) törədildikdə 9 min manatdan 13 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları istintaqın gedişində ev dustaqlığına buraxılıb, Eldar Həsənov isə həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.

Bir çox xəstəlikdən, o cümlədən onurğa problemlərindən, davamlı ürək ağrıları ilə müşayiət olunan şəkərli diabetdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. 2020-ci ilin oktyabr ayından başlayaraq o, təkrarlanan başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edir, həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb.

Vəkillərinin prokurorluğa, məhkəmələrə Eldar Həsənovun həbsdən buraxılması, müalicə olunması barədə müraciətləri təmin olunmayıb. Onların, eləcə də ziyalıların, gənclərin prezident İlham Əliyevə eyni istəklə müraciətləri də nəticəsiz qalıb.

2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. Yalnız ikinci qərardan sonra – iyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.

İyulun 31-də Eldar Həsənovun səhhəti yenidən ağırlaşıb, avqustun 2-də o, hospitala aparılıb.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Ziyalıların prezidentə müraciəti

Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”

Gənclərin prezidentə Eldar Həsənov müraciəti

Eldar Həsənovun vəkili nələr deyir?

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib

Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib

Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb

Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb

Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?

Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır

Eldar Həsənovun işi yeni mərhələdə

“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)

Eldar Həsənov Hərbi Hospitala köçürüldü

Eldar Həsənov reabilitasiya kursu keçir

Eldar Həsənov təcridxanaya qaytarılıb

Eldar Həsənovun vəkillərinin müraciəti

Eldar Həsənov yenə hospitaldadır

Müayinə və müalicə davam edir

Eldar Həsənovun səhhəti daha da ağırlaşıb

Fərqli nəticələr, eyni aqibət

  • 12 Avqust 2021
  • comments

38+36+44 (Klub turnirlərində durum)

  • 13 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda