• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan hökuməti formalaşır

  • 03 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 2-də yenidən Ermənistanın baş naziri postuna yiyələnən Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın hökuməti formalaşır. Novator.az bildirir ki, prezident Armen Sərkisyan ötən gün və avqustun 3-də Nikol Paşinyanın təqdimatları əsasında Suren Papikyan və Mger Qriqoryanı baş nazirin müavinləri, Arşak Karapetyanı müdafiə naziri, Karen Andreasyanı ədliyyə naziri, Andranik Piloyanı fövqəladə hallar naziri, Vaan Kerobyanı iqtisadiyyat naziri, Tiqran Xaçatryanı maliyyə naziri, Qnel Sanosyanı ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyanı əmək və sosial məsələlər naziri, Anait Avanesyanı səhiyyə naziri, Vaqram Dumanyanı elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyanı ətraf mühit naziri təyin edib.

Ayk Çobanyan yüksək texnologiyalar sənayesi naziri səlahiyyətlərinin icraçısıdır.

Xarici işlər naziri kürsüsü boşdur.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 1992-ci ildən bir neçə qəzetdə müxbir və redaktor vəzifələri tutub, 1998-ci ildən “Oraqir” qəzetinin, 1999-cu ildən “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.

2009-2011-ci illərdə həbsdə yatıb.

2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku qurub. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq yenidən hökumət qurub.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. 20 iyun seçkisində Vətəndaş Sazişi Partiyası 107 nəfərlik parlamentə 71 deputat yeri qazanaraq hökumət qurmaq hüququ əldə edib.

Avqustun 2-də yeni parlament fəaliyyətə başlayıb, həmin gün Nikol Paşinyan baş nazir təyin olunub.

İcra işləri üzrə hesabat

  • 03 Avqust 2021
  • comments

Bakıda yeni “ASAN xidmət” mərkəzi

  • 03 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda