• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Deputat həbsə getdi

  • 03 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 3-də toxunulmazlığına xitam verilən deputat Eldəniz Səlimov həmin gün Bakıda tutulub, Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2015 və 2020-ci illərdə prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi kimi 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisə mandat alıb.

Eldəniz Səlimov iyulun 29-na keçən gecə Xaçmaz şəhərindəki restoranların birində polis zabitinə zor tətbiq edib. Baş Prokurorluğun İstintaq İdarəsi bu olayı Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə araşdırır.

309.2-ci maddəyə əsasən, zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Azərbaycan Konstitusiyasına görə, deputat yalnız baş prokurorun təqdimatı və Milli Məclisin razılığı ilə cinayət məsuliyyətinə alına bilər.

Avqustun 3-də Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib. Qərar baş prokuror Kamran Əliyevin təqdimatı əsasında qəbul olunub.

Eldəniz Səlimov avqustun 2-də Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb. Qərarı Xaçmaz rayon təşkilatının İdarə Heyəti qəbul edib.

Deputatı nə gözləyir?

Eldəniz Səlimov üzr istəyir və…

Eldəniz Səlimovun toxunulmazlığına xitam verildi

Olimpiadanın çempionluq statistikası

  • 03 Avqust 2021
  • comments

Mehmanxana biznesində durum

  • 03 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda