Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, avqustun 1-nə ehtiyatın həcmi 6 milyard 496,5 milyon dollar olub. Novator.az bildirir ki, 2021-ci il 6 milyard 369,4 milyon dollarla başlayıb, yeddi ayda 127,1 milyon dollar artım qeydə alınıb.
2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar həcmində rəsmiləşib.