• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Deputatı nə gözləyir?

  • 30 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Hüquq mühafizə orqanları Milli Məclisin 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı araşdırma aparır. Daxili İşlər Nazirliyindən “Turan”a bildiriblər ki, hadisə iyulun 29-da Xaçmaz rayonunun Nabran qəsəbəsində Eldəniz Səlimovun qohumunun obyektində baş verib: “Eldəniz Səlimov polisin karantin rejiminin tələbinə uyğun olaraq obyekti bağlamaq tələbindən narazılığını bildirib. Toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”.

Yerli mənbələrin məlumatına görə, içkili vəziyyətdə olan deputat Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə bədən xəsarəti yetirib.

Milli Məclisin intizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, deputatın davranışı müzakirə ediləcək.

Azərbaycan Konstitusiyası səlahiyyət müddətində deputata toxunulmazlıq hüququ verir. Deputat cinayət başında yaxalananda tutula bilər. Belə olduqda deputatı tutan orqan bu barədə dərhal baş prokurora xəbər verməlidir.

Novator.az-ın məlumatına görə, hüquqşünas Ələsgər Məmmədli yazır ki, ana qanuna 2016-cı ildə edilmiş dəyişikliyə əsasən, deputat etik davranış qaydalarını kobud surətdə pozduqda mandatından məhrum edilir: “2017-ci ildə deputatın etik davranış qaydalarını tənzimləyən qanun qəbul edilib. Etik davranış qaydalarının pozulmasına görə deputat Milli Məclisin daxili nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Daxili nizamnaməyə əsasən, etik davranış qaydaları pozulduqda intizam komissiyası Milli Məclis sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputatın mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin sədrinə təqdim etmək vəzifəsi daşıyır. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda Milli Məclisin sədri intizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Mərkəzi Seçki Komissiyasına göndərir”.

Cəbhəçi həbsdən buraxılmadı

  • 30 İyul 2021
  • comments

Bloqer (14)

  • 30 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda